Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

14 il “iş” almış şəxsi “azad etdirmək” istədi, özü 2 il “iş” aldı

Orkhan Ali 08 İyul 2025 - 17:42 (Last updated: 08 İyul 2025 - 16:09)
Məhkəmə

Məhkəmə

Şəmkirdə qohumunu güllələyən Ramin Mehdixanovun yaxınları onu həbsdən azad etdirmək istəyərkən dələduzluğun qurbanı olub.
Qaynarinfo xəbər verir ki, Ramin Mehdixanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib. Apellyasiya şikayətindən sonra isə o, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Lakin dövlət ittihamçısı qərardan protest verib və Mehdixanov yenidən həbs edilib.
Onun Nurlan adlı tanışı Ramin Mehdixanovu azad etdirəcəyinə dair məhkumun yaxınlarına vəd verib. Bunun müqabilində isə onlardan 7350 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib.
Ramin Mehdixanovun yaxınları hüquq-mühafizə orqanlarına şikayət edib. Nurlan saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Şəmkir Rayon Məhkəməsində hakim Nazlı Heydərovanın sədrliyi ilə baxılıb. Nurlan məhkəmə prosesi zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. Daha sonra bildirib ki, Ramin Mehdixanovu vaxtilə hüquq-mühafizə orqanlarında işləmiş bir tanışı vasitəsi ilə “azad etdirəcəkmiş”. O, pulları da həmin tanışına verib. Lakin həmin şəxs avtomobil qəzasında dünyasını dəyişib. Nurlan dəymiş ziyanı ödəməsə də, qarşı tərəflə barışdığını deyib. Həmçinin əlavə edib ki, azadlığa çıxdıqdan sonra dəymiş ziyanı ödəyəcək.
Məhkəmə Nurlanı 178.2.4-cü maddə ilə təqsirli bilərək, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Xatırladaq ki, Ramin Mehdixanov 2021-ci ildə şəxsi münasibətlər zəmnində dayısı oğlu Musa Rüstəmova və onun tanışı Bakir Hüseynova ov tüfəngindən atəş açıb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (Xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ramin Mehdixanov verilmiş ittiham üzrə təqsirli bilib və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

AzPost.az

Post navigation

Previous: Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb
Next: Ürək sağlamlığını qorumağın açarı

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.