15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır- Nazir

Azərbaycanda 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır.

Bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Əksəriyyət oxuduğu mətni anlamırsa, bu ciddi çətinlik yaradır. Digər tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır. Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir”, – nazir qeyd edib(apa).

Əvvəlki məqalə

Ermənistanın təxribatına cavab olaraq iki erməni əsgər məhv edilib, biri yaralanıb

Sonrakı məqalə

Gürcüstan prezidentinə qarşı impiçment proseduru başladılıb