2026-cı ilin iyulunda sürətli pul köçürmə sistemləri üzrə bankdaxili əməliyyatların sayı ötən ilin eyni ayı ilə müqayisədə azalsa da, köçürülən vəsaitin məbləği əhəmiyyətli dərəcədə artıb.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin iyulunda bankdaxili pul köçürmələrinin sayı 304 min 200 ədəd, məbləği isə 186 milyon 100 min manat olub. 2026-cı ilin iyulunda əməliyyatların sayı 277 min 400 ədədə düşüb, köçürmələrin məbləği isə 248 milyon 600 min manata yüksəlib.
Beləliklə, bankdaxili köçürmələrin sayı 26 min 800 ədəd və ya 8,8% azalıb, məbləği isə 62 milyon 500 min manat və ya 33,6% artıb.
Bu ilin iyun ayında isə 306 min 300 ədəd əməliyyat üzrə 289 milyon 600 min manat köçürülmüşdü.
Beləliklə, iyunda müqayisədə bankdaxili köçürmələrin sayı 28 min 900 ədəd və ya 9,4%, məbləği isə 41 milyon manat və ya 14,2% azalıb.
Bankdan kənara köçürmələrin sayı 2025-ci ilin iyulundakı 89 min 400 ədəddən 2026-cı ilin iyulunda 60 min 900 ədədə enib. Köçürmələrin məbləği isə 40 milyon 800 min manatdan 41 milyon 900 min manata yüksəlib.
Nəticədə bankdan kənara köçürmələrin sayı 28 min 500 ədəd və ya 31,9% azalıb, köçürülən vəsaitin məbləği isə 1 milyon 100 min manat və ya 2,7% artıb.