Nepalda daşqın bölgəsinin bərpasına 5 milyard dollar lazımdır

Nepalda daşqın nəticəsində dağılmış bölgənin bərpasına 4-5 milyard ABŞ dolları lazımdır.

Bu barədə Nepal rəsmiləri xarici mediaya açıqlamasında bildirib. Nepal tərəfi xarici mütəxəssislərin köməyinə də ehtiyac duyur.

Nepalda avqustun 29-da axtarış-xilasetmə əməliyyatı hava şəraiti ilə əlaqədar kiçik fasilədən sonra bərpa edilib. Son məlumata görə, daşqın səbəbindən Nepalın Rasuva bölgəsində ölənlərin sayı 669-a yüksəlib, 2500-ə yaxın adam hələ də itkin hesab olunur. Onlar arasında xeyli sayda əcnəbi turist və zəvvar var. Nepalın Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi axtarış-xilasetmə əməliyyatına 15 minə yaxın təhlükəsizlik əməkdaşının cəlb olunduğunu açıqlayıb.

Daşqın qonşu Çində də dağıntı və insan tələfatına səbəb olub. Son məlumata görə Çin tərəfdə 7 nəfər ölüb, 554 nəfər itkin düşüb. Çin tərəfdə axtarış işlərinə 2141 xilasedici cəlb olunub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.