1500 ukraynalı hərbçi Kurskda mühasirəyə düşüb

Ukrayna Silahlı Qüvvələrinin (AFU)  1500 əsgəri Kursk vilayətinin Korenevski rayonunun Olqovka kəndi yaxınlığında mühasirəyə alınıb.

Azpost.info bildirir ki, bu barədə rus mediası xəbər yayıb.

Bu, Rusiyanın əks-hücumunun ikinci mərhələsi nəticəsində baş verib. Ruslar dörd yaşayış məntəqəsindən – Leonidovo, Lyubimovka, Mixaylovka və Şeptuxovkadan Ukrayna qoşunlarını məğlub ediblər.

Bu gün səhər saatlarında rus hərbçiləri Sudjanski rayonunun Novoivanovka kəndini azad ediblər.

Ukrayna Silahlı Qüvvələri Leonidovo kəndini tərk edir. Ukrayna əsgərləri kiçik qruplar halında geri çəkilərək zirehli maşınlarla yola düşürlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.