“18 dekabr 2022-ci il. Messi dünya çempionu olacaq” –7 il əvvəl yazılmış tivt hamını heyrətə saldı /FOTO

Milyonlarla insan Argentinanın dünya çempionatının finalında qələbəsini coşğun şəkildə qeyd etdiyi bir zamanda Tvitterdə yazılmış bir tvit hamını heyrətləndirib.

Azpost.info bildirir ki, 7 il bundan əvvəl -2015-ci il martın 21-də Xose Migel Polanko adlı bir şəxs Tvitterdə heyrətamiz proqnozunu yazıb: “18 dekabr 2022-ci il. 34 yaşlı Messi dünya çempionatının qalibi olacaq və bütün zamanların ən nəhəng oyunçusu elan olunacaq. 7 ildən sonra bura qayıdarıq”.

Həqiqətən Messi dünya çempionu olaraq kuboku başının üzərinə qaldırdı. Bu Messinin çempionatı idi.

Tvitterdə Polankonun tviti altında xeyli insan yazaraq təəccübünü ifadə edib.

 

Əvvəlki məqalə

“Eskalatorun dayandırılması zərurəti yarandı” –

Sonrakı məqalə

Azərbaycan XİN Estoniyaya etiraz edib