190 manatlıq birdəfəlik ödəmə almaq üçün yenidən müraciət edilməlidirmi?- RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin veriləcəyi haqda məlumat yayıb.

“Report” məlumatı təqdim edir:

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iyunun 23-də keçiriləcək iclasının vaxtı dəyişdirilib

Sonrakı məqalə

Sabah hava necə olacaq?