“2 milyard insanın içməli suya çıxışı yoxdur…Suya tələbat 55 faiz artacaq” –BMT-nin məruzəsi açıqlandı

“Planetin 2 milyard sakinin təmiz içməli suya birbaşa çıxışı yoxdur. Bununla yanaşı, ekspertlərin proqnozlarına görə 2000-ci ildən 2050-ci ilə qədər olan dövrdə suya olan qlobal tələbat 55 faiz artacaq”.

Azpost.info bildirir ki, bu barədə BMT-nin planetin su ehtiyatlarının vəziyyətinə həsr olunmuş yeni məruzəsində bildirilir.

Bu məruzə 22 mart – Ümumdünya Su ehtiyatları Günü ilə əlaqədar bazar ertəsi günü dərc olunub.

Hesabat “suyu qiymətləndirmək” adlanır. BMT-də hesab edirlər ki, məhz bu yanaşma su resurslarının qorunmasına və planetin bütün sakinlərinin təmiz su ilə təmin olunmasına kömək edəcək.

“Su bizim ən qiymətli resursumuzdur,”mavi qızıldır”, 2 milyard insanın ona bilavasitə çıxışı yoxdur. Su həm sağ qalmaq üçün lazımdır, həm də sanitariya sahəsində mühüm rol oynayır, cəmiyyətdə mühüm sosial və mədəni əhəmiyyətə malikdir”, – deyə UNESCO-nun Baş direktoru Odre Azule bildirib.

“Suyun dəyəri böyükdür. Su ilə bağlı olmayan davamlı inkişafın bir dənə də aspekti mövcud deyil. Mənim üçün su müdafiə deməkdir”, – deyə BMT-nin Baş katibi söyləyib.

O əlavə edib ki, içməli su, sanitariya, gigiyena, çirkab suları, transsərhəd idarəetmə, ətraf mühit daxil olmaqla, suyun istifadəsinin səmərəli şəkildə tənzimlənən dövrü bizi xəstəliklərdən qorumağa, layiqli həyat səviyyəsini təmin etməyə və iqlim dəyişikliyi və artan qlobal su tələbi ilə bağlı problemləri həll etməyə kömək edəcək.

Məruzə müəllifləri xatırladırlar ki, Avropa və Mərkəzi Asiya regionunda çoxlu sayda transsərhəd su resursları, o cümlədən iki və ya daha çox dövlətin ərazisində yerləşən çaylar vardır. Belə resurslardan istifadə edilməsi və saxlanması ölkələr arasında sıx əməkdaşlıq, o cümlədən bu sahədə ikitərəfli sazişlərin qəbul olunmasını tələb edir.

Məruzədə bildirilir ki, Kür çayı hövzəsi Azərbaycan və Gürcüstan üçün ən mühüm su mənbəyidir. Bu ölkələr transsərhəd əməkdaşlığın qiymətləndirilməsi metodologiyasını işləyib hazırlamış, daşqınlar ilə bağlı riskləri, potensial zərərləri və xərcləri, habelə su ehtiyatlarının birgə idarə olunmasından əldə olunan gəlirləri hesablayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropada koronavirusa təkrar yoluxma halları artır

Sonrakı məqalə

Dünya Çempionatının seçmə mərhələsi –