2 min qazi və şəhid ailəsi “Formula-1”i izləmək üçün dəvət edilib

“Formula-1” üzrə Azərbaycan Qran-prisini Vətən müharibəsinin şəhid və qazi ailələri də izləyir.

Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, bununla bağlı onlara xüsusi dəvət göndərilib.

BŞH layihə kimi qazilərə və şəhid ailələrinə pulsuz bilet təqdim edib. Onlar Azneft tribunasındakı yerlərini tutaraq yarışı canlı izləyirlər. Üç gün ərzində layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan “Formula-1”ə tamaşa etməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün start götürən “Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış iyunun 12-də baş tutacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.