20 yanvar qırğınında dünyanı şoka salan foto –Üstündən tank keçən şahid nələri danışıb? /VİDEO

1990-cı ilin 20 yanvarında sovet ordusunun Bakıya vəhşi hucumu nəticəsində şəhərdə 100-lərlə insan həlak oldu, minlərlə yaralı xəstəxanalara aparıldı. 

Həmin günlərdə şəhərdə şəkilən foto və video görünütülər bütün dünyanı dəhşətə salmışdı. Bu şəkillərin içində biri daha dəhşətli idi. Üstündən tank keçmiş “Zaparoje”ni görənlər göz yaşını saxlaya bilmirdilər.

Hamı bu avtomobilin sahibinə rəhmət oxuyurdu.

Amma bu avtomobilin sahibi möcüzə nəticəsində sağ qala bilmişdi.

Azpost info bildirir ki, üstündən 30 il ötəndən sonra həmin avtomobilin sahibi Nazim Ələkəborv həmin gecə baş verənləri və maşından necə çıxdığını danışıb.

Nazim Ələkbərov Yeniavaz.com-a yanvarın 19-dan 20-ə keçən gecədə yaşadığı dəhşətləri danışıb: “Yanvarın 19-u saat 22:20 radələrində qaynım Əhmədlə Mərkəzi Komitənin qarşısından evə gəlirdik. Küçənin döngəsini dönəndə gördük ki, qadınlar, kişilər hamısı küçədədirlər. Mən gəlməmişdən əvvəl isə avtomobillə gəlib hamını səsləyirdilər ki, 20 Yanvar küçəsinə toplaşmaq lazımdır, şəhərdə nə isə faciə baş verir. Qaynım isə xəstəxanadan təzə çıxmışdı. Yanvarın 19-u onun üçün yemək aparanda bizə dedilər ki, xəstəxananı boşaldırlar, xəstənizi evə aparın. Başa düşmədik ki, söhbət nədən gedir. Oradan çıxandan sonra evə gəldik. Ancaq mən hələ səhərdən hazırladığım odunları aparıb paylamalı idim. Əhmədə dedim ki, sən xəstəsən evdə otur, özüm gedərəm. Elə bu vaxt qapımız döyüldü və məhlədəki uşaqlar dedilər ki, Nazim əmi biz də səninlə odun aparmağa gedirik. Mənimlə birlikdə “Zaparoji”də Zakir, Pərviz və İlqar oturmuşdular. “Qələbə” kinoteatrından Nəqliyyat Nazirliyinə doğru üzü ağaşı düşəndə gördük ki, göydə qırmızı güllələr uçuşur. Gəldik çatdıq Tibilisi prospektinə. Fikirləşdim ki, “Salyanski Kazarma” tərəfə getsəm, tanklar oradan gələcək, deməli, 20 Yanvar tərəfə getmək lazımdır. Bütün maşınlar o istiqamətdə gedirdi, elə mən də onların arxasınca getdim”.

Daha ətraflı videoda:

 

Əvvəlki məqalə

Bakıda faktiki hava açıqlanıb

Sonrakı məqalə

“Bu görüş Qafqazı geosiyasi münaqişələr meydanına çevirəcək” –