2000-ci illərin ən populyar mesaj xidməti fəaliyyətini dayandırıb –FOTO

2000-ci illərin ən populyar mesaj xidməti olan ICQ messencerinin fəaliyyəti dayandırılıb.

Azpost.info bildirir ki, bu barədə onun mənsub olduğu “V Kontakte” saytında məlumat verilib.

VK messencerin bağlandığını mayın sonunda elan edib. Şirkət əsas diqqətini VK Messenger və VK WorkSpace-in inkişafına yönəldəcəyini bildirib.

ICQ əməkdaşları bu iki məhsulun komandalarına qoşulacaqlar.

ICQ messencerini 1996-cı ildə İsrailin Mirabilis şirkəti yaradıb. 2010-cu ildə Mail.ru Group tərəfindən satın alınıb. ​​ 2000-ci illərdə ICQ rus İnternet istifadəçiləri arasında ən populyar ünsiyyət proqramlarından biri idi. Sonra onu digər ani mesajlaşma proqramları üstələdi.

ICQ-da sonuncu böyük yeniləmə 2020-ci ildə həyata keçirilib.

Əvvəlki məqalə

Prezident İtaliyanın müdafiə nazirini qəbul edib

Sonrakı məqalə

Prezidentə İtaliyanın hərbi təyyarəsi təqdim edilib