2021-ci ilin I yarısında SOCAR-ın xalis mənfəəti 603 milyon manat olub –RƏQƏMLƏR

2021-ci ilin I yarısının yekunları üzrə SOCAR-ın gəlirləri 35 milyard 794 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin yanvar-iyun aylarının göstəricisindən 38,1% çoxdur.

Azpost.info bildirir ki, bu məlumatlar şirkətin 2021-ci ilin I yarısı üzrə birləşdirilmiş maliyyə hesabatlarında öz əksini tapıb.

2021-ci ilin I yarısında SOCAR-ın xalis mənfəəti 603 milyon manat (2020-ci il iyunun 30-na 180 milyon manat məbləğində xalis zərərə qarşı) təşkil edib.

Hesabat dövründə şirkətin satışlarının maya dəyəri 31 milyard 793 milyon manat (artım 36,3%) təşkil edib.

I yarımillikdə SOCAR əməliyyat fəaliyyətindən 1 milyard 905 milyon manat (artım 1,9 dəfə) mənfəət əldə edib. 2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə mənfəət vergisi üzrə ayırmalar 535 milyon manat (artım 2,1 dəfə) təşkil edib.

Bu dövrdə SOCAR-ın aktivləri 0,8% – 64 milyard 669 milyon manata qədər artıb. Bununla yanaşı, şirkətin uzunmüddətli aktivləri 1,3% – 45 milyard 323 milyon manata qədər azalıb, qısamüddətli aktivləri 6% – 19 milyard 346 milyon manata qədər artıb.

I yarımillikdə SOCAR-ın kapitalı 0,3% – 21 milyard 991 milyon manata qədər artıb. Şirkətin nizamnamə kapitalı 4 milyard 748 milyon manata (artım 1,1%) bərabərdir.

2021-ci ilin I yarısında şirkətin öhdəlikləri 1,1% – 42 milyard 678 milyon manata qədər artıb. 2021-ci il iyunun 30-na SOCAR-ın uzunmüddətli öhdəlikləri 21 milyard 171 milyon manat (azalma 2%), cari öhdəlikləri 21 milyard 507 milyon manat (artım 4,2%) təşkil edir.

Əvvəlki məqalə

“Əmisi hadisədən əvvəl meyitin həyətə atıla biləcəyini deyib” –

Sonrakı məqalə

BMT-nin Baş katibi Putin və Zelenskidən görüş üçün xahiş edib