Azərbaycanın 2022-ci il üzrə büdcə zərfi Milli Məclisdə daxil olub.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Azərbaycanın 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 26,816 mlrd. manat, xərcləri isə 29,879 mlrd. manat həcmində olacağı nəzərdə tutulur.
2022-ci il dövlət büdcəsi haqqında Qanuna görə, mərkəzləşdirilmiş gəlirlər 25,874 mlrd. manat, yerli gəlirlər 941,503 mln. manat, mərkəzləşdirilimiş xərclər 28,900 mlrd. manat, yerli xərclər isə 978,959 mln. manat səviyyəsində təsdiq edilib.
Beləliklə, 2022-ci ilin dövlət büdcəsinin kəsiri 3,063 mlrd. manat səviyyəsində nəzərdə tutulur.
Gələn il dövlət ehtiyatlarının yaradılması üçün ayrılacaq vəsaitin həcmi məlum olub.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn il bu məqsədlə 39 milyon 800 min manat ayrılacaq.
Layihəyə əsasən, əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1 125 674 629,0 manat vəsait ayrılacaq.
Layihəyə əsasən, fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclərə 20 000 000,0 vəsait ayrılıb.
Təhsil xərclərinə 3 884 325 660,0 vəsait ayrılıb. Məktəbəqədər təhsil xərcələri üçün 376 858 452,0; ümumi təhsil üçün 2 090 153 867,0; peşə təhsili üçün 63 815 388,0; orta ixtisas təhsili ümün 87 300 596,0; ali təhsil üçün 59 987 844,0; əlavə təhsil üçün 3 937 523,0; təhsil sahəsində tətbiqi tədqiqatlar üçün 7 015 701,0; təhsil sahəsində digər müəssisə və tədbirlər üçün isə 1 195 258 291,0 manat vəsait ayrılıb.
Layihəyə əsasən, gələn il dövlət büdcəsindən sahiyyə sahəsinə 1 788 619 634,0 manat vəsait ayrılacaq.
Bu vəsaitdən 1 664 544,0 manatı poliklinika və ambulatoriyalara, 171 143 669,0 manatı xəstəxanalara, 2 588 726, 0 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 613 222 695, 0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərə ayrılacaq.