2023-də neftin qiyməti bir barel üçün neçə dollar olacaq?- Novak proqnozunu açıqladı

“2023-cü ildə dünya neft qiymətləri bir barelə görə 100 dollar səviyyəsində qala bilər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Novak etiraf edib ki, qeyri-müəyyənlik səviyyəsi həddən artıq yüksək olduğundan ilk dəfədir neftin qiymətinin səviyyəsi ilə bağlı hər hansı proqnoz vermək çətindir.

“OPEC+ çərçivəsində biz tələb və təklifi tarazlamağa çalışırıq ki, bu da, fikrimcə, hazırkı vəziyyətdə dəyişkənliyi hansısa formada azalda biləcək alətdir. Gələn il yəqin ki, bu gün bazarda gördüyümüz səviyyədə – barel üçün 100 dollar olacaq. Ola bilsin ki, bir az az olsun”, – Baş nazirin müavini bildirib.

Azpost.info

Əvvəlki məqalə

AYB-nin qurultayının keçiriləcəyi vaxt və məkan dəqiqləşib

Sonrakı məqalə

“Rusiya dünyada günəbaxan yağının əsas ixracatçısına çevriləcək”