UNICEF Qəzzaya 80 min doza vaksin göndərib

BMT-nin Uşaq Fondu (UNICEF) Qəzzaya 6 yaşından kiçik uşaqlar üçün qızılca və  məxmərəyə qarşı 80 min doza peyvəndi göndərib.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

“Dünən, dekabrın 24-də UNİCEF-in hədiyyə etdiyi qızılca və məxmərəyə qarşı 80 min doza vaksin Qəzza zolağına çatdırılıb”, – məlumatda bildirilir.

Bir neçə gün əvvəl Qəzza Səhiyyə Nazirliyi uşaq peyvəndlərinin tükəndiyini bildirmişdi.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.