23 ildən sonra “Qladiator” filminin davamı çəkilir

Amerikalı rejissor Ridli Skottun (Ridley Scott) 2000-ci ildə çəkdiyi və avstraliyalı aktyor Rassel Krounun (Russell Crowe) baş rolunu oynadığı “Qladiator” blokbasterinin davamı gələn il ekranlara çıxacaq.

Prodüser şirkəti “Paramount Pictures”dən verilən açıqlamada filmin 22 noyabr 2024-cü ildə nümayiş etdiriləcəyi bildirilib.

“Aftersun” filmindəki performansına görə “Oscar” mükafatına namizəd olan aktyor Pol Meskalın (Paul Mescal) baş rolu oynaması üçün danışıqlar davam etdirilir.

Ssenarisi 2021-ci ildə tamamlanan, lakin adı hələ dəqiqləşdirilməmiş ikinci filmdə Krounun canlandırdığı general Maksimusun ölümündən sonra baş verənlər və Roma imperatorunun oğlu Kommudun (Commudus) qardaşı oğlu Lusiandan (Lucias) bəhs olunur.

Qeyd edək ki, 2000-ci ildə ekranlara çıxan “Qladiator” filmi eyni il kassada “Mümkün olmayan-2” (Mission İmpossible-2) filmindən sonra ən yüksək və qlobal kassada 460 milyon ABŞ dollarından çox gəlir əldə etmişdi.

Əvvəlki məqalə

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Sonrakı məqalə

“Ukraynada müharibəni bitirməyə çalışırıq…” –