Cənubi Koreya və ABŞ birgə hava təlimlərinə başlayıb

Cənubi Koreya və ABŞ silahlı qüvvələri F-18 və F-35-lərin iştirakı ilə birgə hava təlimlərinə başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Manevrlərin məqsədi Şimali Koreyadan gələn təhlükəni nəzərə alaraq, qarşılıqlı fəaliyyət və birgə döyüş imkanlarını gücləndirməkdir.

Təlim avqustun 8-dək davam edəcək və bu müddətdə Seulun cənubundakı Suvon şəhərindəki aviabazadan istifadə olunacaq. Cənubi Koreya tərəfi də F-16, FA-50, KA-1 və F-15K təyyarələrindən istifadə edəcək.

Təlimlərə qırıcı manevrləri, hava dəstəyi və müttəfiqlərin hava qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi üçün hava hücumundan müdafiə daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.