Üç ölkə Rusiyanı Ukrayna ilə sülh danışıqlarına cəlb etmək üçün bir plan hazırlayır.
Azpost.info bildirir ki, bu barədə Bloomberg mənbələrə istinadən xəbər verir.
Agentliyin mənbələrinə görə, Avropa rəsmiləri bu ideyanı ukraynalı həmkarları ilə müzakirə edirlər.
ABŞ-ın iştirak etdiyi danışıqların dalana dirəndiyini və Rusiyanın əhəmiyyətli irəliləyiş əldə etmədən cəbhə xəttində ağır itkilər verdiyini nəzərə alsaq, Fransa, Almaniya və Böyük Britaniya hesab edirlər ki, indi Moskvanı danışıqlar masasına oturtmağa çalışmaq üçün yaxşı vaxtdır.
Bu yolla onlar Ukraynanı daha bir çətin qışdan çıxarmağa ümid edirlər.
Bloomberg mənbələri Ukrayna prezidenti Volodomir Zelenskinin Rusiya ilə danışıqlar aparmaq barədə son sözü deyəcəyini bildirirlər. Avropalılar Zelenskini razılaşmaya biləcəyi bir strategiya qəbul etməsi üçün təzyiq göstərməyəcəklər.
Agentliyin məlumatına görə, yaxın günlərdə Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makronla mümkün danışıqları müzakirə etməyi planlaşdırır.
Fransa və Britaniya hökumətləri Bloomberg-in şərh istəklərinə cavab verməyib. Almaniya hökuməti şərh verməkdən imtina edib.
Çərşənbə axşamı Zelenski sosial media hesabında Starmerlə telefonla danışdığını açıqlayıb.
“Biz danışıqlara və görüşlərə hazırlaşırıq. Bu, həm müdafiəmiz üçün silahlara, həm də müharibəyə son qoymaq üçün diplomatiyamıza – Avropa ilə ortaq diplomatiyamıza aiddir.”-Zelenski yazıb.
“Avropanın mütləq səsinə, mövqeyinə, müharibəyə son qoymaq üçün edilə biləcək bütün diplomatik səylərə töhfəsinə ehtiyacı var. Biz buna necə nail olmağı əlaqələndirmişik”-deyə prezident əlavə edib.