36 yaşlı idmançı gənə dişləməsi nəticəsində dünyasını dəyişib

Buzadırmanma üzrə Rusiya çempionu Alyona Vlasova gənə dişləməsi nəticəsində 36 yaşında dünyasını dəyişib.

Bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həşərat idmançını 3 ay əvvəl dişləyib və buna görə onun ağciyərlərinin 70 faizi zədələnib.

Qeyd edək ki, A.Vlasova son olaraq fevralda Rusiyanın Tomsk şəhərində keçirilən ölkə çempionatının qalibi olub(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.