Azərbaycan Respublikası Milli Arxiv İdarəsi külli miqdarda vergi borcu olan “SİNAM” MMC ilə tender müqaviləsi bağlayıb.
Azpost.info bildirir ki, Milli Arxiv İdarəsi EHS, EAMS və EAS üzrə təkmilləşdirmə və proseslərin optimallaşdırılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, informasiya sistemlərinə, o cümlədən elektron sənəd dövriyyəsi sisteminə, şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsi, kağız əsaslı arxiv sənədlərinin rəqəmsallaşdırılması, indeksləşdirilməsi və EAS-a daxil edilməsi üzrə malların, işlərin və xidmətlərin satınalınması üçün tender elan edib.
Tenderin məbləği 234 min 543 manatdır.
“SİNAM” MMC tenderin qalibi elan edilib. Dövlət Vergi Xidmətinin rəsmi məlumatına görə isə, “SİNAM” MMC-nin 391 min 503 manat vergi borcu var.
Xatırladaq ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır.
Azpost.info