40 ton un karvanı 19 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 19-cu gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

İçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

 

Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün AzQAC-ın əməkdaşları və könüllülər cavab gözləyir.(APA)
Əvvəlki məqalə

Astarada “tükdən asılı” qalan, dayaqları çürüyən körpü niyə təmir olunmur? –

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb