“2020-ci ildə baş verən 44 günlük müharibə zamanı hərbçilər çevriliş etmək istəyirdi”.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb. O bildirib ki, həmin vaxt yüksək rütbəli hərbçilərin fəaliyyətsizliyi məhz buna xidmət edirdi.
Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb.
Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bildirmişdi: “Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.