5 ay ərzində ölkəyə neft və qazdan 2 milyard 861 milyon dollar gəlir gəlib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 5 ayı ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

ARDNF-dən Azpost.info -ya verilən məlumata görə, AÇG yatağından – bu ilin əvvəlindən iyunun 1-i tarixinə 2 617,2 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə ilin əvvəlindən 1 iyun tarixinə 244,069 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 60,784 mln. ABŞ dolları təşkil edib.

Əvvəlki məqalə

“Ermənistanla Rusiya yeni və dərin dialoqa ehtiyac duyur”

Sonrakı məqalə

Bayden və Zelenski gələn həftə İtaliyada görüşəcəklər