5 milyon 375 min 967 bildiriş çap ediləcək- Parlament seçkiləri ilə bağlı

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bildirişlərin sayı açıqlanıb.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri, və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni , forması, sayı  və hazırlanması qaydası müzakirə edilərək qəbul olunub.

İclasda çıxış edən MSK katibi Arifə Muxtarova qeyd edilib ki, Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib

Sonrakı məqalə

Azərbaycanda elmi işçilərin attestasiyası keçirilə bilər