“70 yaşlı adamları efirdə evləndirirlər, TV-də kim ailə qurur?” –SİYAVUŞ NOVRUZOV

“70 yaşında adamları efirə evləndirməyə dəvət edirlər. Televiziyada ailə qururlar. Bizim adətimiz, milli dəyərlərimiz var. Rusiyada bu proqram var, onların öz milli-mənəvi dəyərləri, Azərbaycanın özünün milli-mənəvi dəyərləri var. Axı, televiziyada kim evlənir, boşanır?”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, ziyalılarımız bu məsələyə münasibət bildirməlidir:

“İctimaiyyətə müraciət etsinlər ki, sənə nəvən, övladın və nəticən baxır. Onlar sizdən nə tərbiyə götürəcək? Bizim bu cür dövlətimiz olmayıb. Bizim dövlətimiz əxlaq, mənəviyyat üzərində qurulub. Bunu hara aparırsız? 5 manat pul qazanırsız, Allah qəbul eləsin, amma millətin tərbiyəsini pozmayın”.

Əvvəlki məqalə

Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş təsdiq edilib

Sonrakı məqalə

“TV-lərdə müğənnilər əsas dəyər kimi təqdim edilir” –