8 Noyabr prospektində qəza olub, sıxlıq yaranıb

Xətai rayonu, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qəza səbəbindən Zığ şosesi istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Əvvəlki məqalə

“Rusiyanın aktivləri hesabına Kiyevə 20 milyard kredit ayrılacaq”

Sonrakı məqalə

Prezident İlham Əliyev Tatarıstanın Rəisi ilə görüşüb