9 ayda Azərbaycandan Türkiyəyə 718 min turist səfər edib –RƏQƏMLƏR

2019-cu ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 87,895 min turist səfər edib.

Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,62 faiz olduğunu açıqlayıb.

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 718,564 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 5,51 faiz çoxdur.

Bu dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,97 faiz təşkil edib.

Ümumilikdə, bu ilin sentyabr ayında Türkiyəyə 5,426 milyon turist səfər edib. Bu rəqəm ötən ilin sentyabrı ilə müqayisədə 13,23 faiz çoxdur.

Sentyabr ayında Antalyaya 2,172 milyon, İstanbula isə 1,359 milyon turist səfər edib.

2019-cu ilin yanvar-sentyabr aylarında Türkiyəyə ümumilikdə 36,428 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,5 faiz çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Güclü küləklə bağlı gəmilərin limanlara giriş çıxışı məhdudlaşdırılıb

Sonrakı məqalə

“Kommunist Partiyasının rəsmisi məni qucaqlayıb “babanla fəxr etməlisən” deyib qəhərləndi” –