Quru Qoşunları Komandanlığının İdarəetmə Mərkəzi işinə başladı

Quru Qoşunları Komandanlığının bilavasitə tabeliyində olan qüvvə və vasitələrinin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsi məqsədilə Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsi ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən Mərkəzdə Quru Qoşunları Komandanlığının tabeliyindəki hərbi hissələrdə, eləcə də sərhədboyu ərazilərdə gün ərzində baş verən hadisələr barədə brifinq təqdim edilib, komandirlərin məruzələri dinlənilib.

Qeyd olunub ki, hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyət fasiləsiz həyata keçirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir