Rusiya Azərbaycanla İran arasında gərginliyin azalmasına tərəfdardır

Rusiya Azərbaycanla İran arasında gərginliyin azalmasına tərəfdardır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

O qeyd edib ki, bir-birinə yaxın olan Azərbaycan və İran dövlətləri istisnasız olaraq bütün məsələləri siyasi və diplomatik metodlarla həll etməlidir.

“Biz öz tərəfimizdən regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına istiqamətlənən səylər göstəririk. Hesab edirik ki, bu cür iş İran da daxil olmaqla regionun bütün ölkələrinin maraqlarına cavab verməlidir”, – M. Zaxarova vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir