“Tehran-Bakı münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edir” –İranın XİN başçısı

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı ilə telefon danışığından sonra deyib ki, Tehran və Bakı arasında münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edir.

Nazir bunu “Twitter” səhifəsində yazıb:

“İran İslam Respublikası və Azərbaycan Respublikası bir çox ortaq cəhətləri olan iki müsəlman qonşudur”.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dünənki telefon danışığına toxunaraq, onunla səmimi və konstruktiv söhbət etdiyini vurğulayıb.

Qeyd edək ki, şənbə günü Əmir-Abdullahian və Bayramov telefon danışığında ikitərəfli münasibətləri müzakirə ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir