“Rusiya, Azərbaycan və Ermənistan işçi qrupun fəaliyyətini yüksək qiymətləndirir” –Mariya Zaxarova

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun artıq 8 iclası keçirilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bütün tərəflər işçi qrupun fəaliyyətini yüksək qiymətləndirir.

“Biz Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası ilə bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə yardım edən bəyanat və addımları dəstəkləməyi düzgün hesab edirik”, – Rusiya XİN-in rəsmisi vurğulayıb.

M. Zaxarova qeyd edib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həllinin optimal variantı üçtərəfli işçi qrupdur. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir