Azərbaycan İran vətəndaşını İnterpol xətti ilə axtarışa verib

Azərbaycan qətldə və digər ağır cinayətlərlə ittiham olunan İran vətəndaşını beynəlxalq axtarışa verib.

Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.
İran İslam Respublikasının vətəndaşı, 43 yaşlı Hassan Gharadghlou Rahbari qətldə, adam oğurluğunda və digər cinayət əməllərində ittiham olunur. Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən H. G. Rahbari təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.(APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir