Ordumuz “Bayraktar”ları səmaya qaldırdı –Döyüş təlimləri keçirildi (VİDEO)

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir