“Media haqqında” qanun layihəsi üzərində işlər yekunlaşıb” –Əhməd İsmayılov

Son dövrlərdə mediada aparılacaq islahatların yol xəritəsinin konturları görünməkdədir”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, “Media haqqında” qanun layihəsinin hazırlanması üzrə tədbirlər davam etdirilir: “Yeni qanun layihəsi üzərində işlər artıq yekunlaşıb. Qısa müddətdə bu qanun layihəsinin Milli Məclisin komitələrində və plenar iclasında müzakirələri həyata keçiriləcək”.

“Mediada islahatların birinci istiqaməti normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı idi”.

O bildirib ki, buna görə də yeni “Media haqqında” qanun layihəsi hazırlanıb.

Ə. İsmayılovun sözlərinə görə, MEDİA tərəfindən diffomasiya ilə bağlı araşdırmalar aparılır.

“Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə dəyişiklik etməklə, cəzaların dekriminallaşması ilə diffomasiya ilə bağlı dəyişikliyə gedə bilərik”, – Ə. İsmayılov vurğulayıb.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir