“Azərbaycan sülhə sadiqdir” –Prezident İlham Əliyev

Biz NATO Baş katibi ilə regionda postmünaqişə vəziyyətini müzakirə etdik.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sülhə sadiqdir.

“Bizim səylərimizin əsas məqsədi regionda hər hansı müharibə riskinin minimallaşdırılmasıdır. Bu məqsədə nail olmağın ən yaxşı yolu açıq kommunikasiyadır, aktiv dialoq yaratmaqdır və yenidən qonşu olmağı öyrənməkdir. Azərbaycan bu istiqamətdə fəaliyyətə açıqdır. Düşünürəm ki, Ermənistan da nə zaman bu istiqamətdə xoş niyyət göstərərsə, biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzərində işləməyə başlaya bilərik”, – Prezident İlham Əliyev vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir