Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

 

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu soydaşlara silahlı qüvvələrin cəmləşdiyi bölgələrə getməməyə və hərbi obyektlərdən uzaq durmağa çağırıb.

Konsulluğun yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarına evdə və ya təhlükəsiz yerlərdə qalmaları, zərurət olmadıqca səyahətdən çəkinmələri tövsiyə olunur.

Xüsusi hallarda Azərbaycan vətəndaşları Azərbaycanın Kiyevdəki səfirliyi ilə +380 (73) 5050000 nömrəsi ilə əlaqə saxlaya və kiev@mission.mfa.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Vətəndaşlar həmçinin yardım üçün +380 (57) 7000531 və info.azconsulate@gmail.com elektron poçtu ilə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ilə əlaqə saxlaya bilərlər.

Hazırda Azərbaycanın Xarkov şəhərindəki konsulluğunun bütün əməkdaşları öz iş yerlərindədirlər. Konsulluq vəziyyətin inkişafını diqqətlə izləyir və eyni zamanda Azərbaycan vətəndaşlarının Xarkovdan necə təxliyə oluna biləcəyini nəzərdən keçirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir