Ukrayna Prezidentinin ofisi:“Rusiya ilə bütün dövlət sərhədi boyunca döyüşlər gedir”

 

Ukrayna Prezidenti ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak Rusiyanın hərbi müdaxiləsindən sonra son vəziyyət barədə danışıb.

Döyüşlərin bütün Rusiya-Ukrayna sərhədi boyu getdiyini söyləyib.

“Döyüşlər dövlət sərhədinin bütün perimetri boyunca gedir. Vəziyyət idarə olunandır”.

Podolyak gün ərzində Rusiya ordusunun Ukraynanın hərbi infrastukturu və aerodromlarını bombalamağa davam edəcəyini təxmin edib.

O, Rusiyanın danışıqlardan imtina etdiyini də söyləyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir