“Sanksiyalar nəticəsində Rusiyada defolt olacağı mümkündür”.
Azpost.info bildirir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva keçirdiyi brifinqdə bildirib.
“Rusiyada defolt artıq qeyri-adi bir hadisə sayılmır. Biz sülhün bərpa olunması perspektivini görməliyik. Burada söhbət ondan getmir ki, rusların pulu yoxdur. Rusiya bu pullardan istifadə edə bilməyəcək. Mən fala baxmaq istəməzdim, amma sadəcə deyirəm ki, biz artıq Rusiyada defolt barədə az inandırıcı olacaq hadisə kimi danışmırıq”-deyə BVF-in direktoru vurğulayıb.