“Bakının Ukrayna ilə Rusiya arasında vasitəçiliyi ABŞ-ın xoşuna gəlmir” –TOFİQ ZÜLFÜQAROV

Paşinyan yenə telefonu götürüb şikayət zənglərinə başlayıb. Şikayətlənir ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edir. Daha sonra Blinken İlham Əliyevə zəng vurur və Paşinyanın “Minsk prosesi” ideyasını dəstəkləyir. Soruşursunuz niyə? Cavab sadədir- ABŞ-a da, Rusiyaya da nəticə yox, münaqişə prosesinin özü mühümdür”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, bu məntiq Ukraynadakı hadisələrdə də istifadə olunur: “Onların xoşuna gəlmir ki, Azərbaycan prezidenti Türkiyə və İsrail arasında münasibətlərin normallaşması üçün vasitəçilik edir, xoşlarına gəlmir ki, Türkiyə prezidenti bizim dövlət başçısı ilə birgə Rusiya-Ukraynanı danışıqlar stolu ətrafında oturtmaq üçün çalışırlar. Onlar istəmirlər ki, Qarabağda rus sülhməramlılarını türklər əvəz etsin. Ona görə zəng vururlar”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir