“Xankəndi üçün heç bir statusdan söhbət gedə bilməz” –SƏRDAR CƏLALOĞLU

“Qarabağla bağlı sülh danışıqlarında Azərbaycan üçün prioritet məsələ ərazi bütövlüyü və ölkənin suverenliyi olmalıdır”.

Bu barədə Azpost.info-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

ADP sədri əlavə edib ki, Qarabağda ermənilərə hər hansı status verilməsi əslində Rusiyanın oyunudur. “Bu gün kimi aydın məsələdir. Rusiya keçmiş potsovet ölkələrinin bəzilərində süni münaqişələr yaradıb. Bunlardan biri də Qarabağ münaqişəsidir. Hər kəs bilir ki, bu münaqişənin müəllifi Rusiyadır. Kreml Qarabağ məsələsindən yararlanaraq həm Ermənistanı, həm də Azərbaycanı təsir dairəsində saxlamaq istəyir. Ona görə də orada hər hansı müstəsna statusdan söhbət gedə bilməz. Qarabağ Azərbaycanın ərazisidir və sülh danışıqlarında bu prioritet olmalıdır”, – Sərdar Cəlaloğlu vurğulayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir