“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Klubun rəsmi saytı  xəbər verir ki, Super Liqa komandası fransalı məşqçi Valeryen İsmaellə 1+1 illik müqavilə imzalayıb. O, bu vəzifədə Öndər Karavelini əvəzləyib. Ö.Karaveli komandanın məşqçilər korpusunda yer alacaq.

Xatırladaq ki, fransalı mütəxəssis karyerası ərzində İngiltərənin “Vest Bromviç”, “Barnsli”, Almaniyanın “Volfsburq”, “Nürnberq” və Avstriyanın “LASK” kollektivlərinin baş məşqçisi olub.

Qeyd edək ki, İstanbul təmsilçisi Türkiyə çempionatında növbəti oyununu aprelin 3-də səfərdə “Trabzonspor”a qarşı keçirəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.