Rusiyada Nobel mükafatçısı olan baş redaktora hucum olub –Üstünə rəng tökdülər (FOTO)

Rusiyanın “Novaya Qazeta” nəşrinin baş redaktoru, Nobel mükafatı laureatı Dmitri Muratova hucum edilib. 

Azpost.info bildirir ki, bu barədə Muratov Telegram-kanalında bəyan edib. Moskva-Samara qatarında ona hucum edənlər üstünə boya töküblər.

“Üstümə aseton tərkibi olan boya tökdülər. Gözlərim dəhşətli dərəcədə yandırır. Rəng iyi bütün vaqona yayılıb. Qatarın yola düşməsi 30 dəqiqdir yubanır. Rəngi yumağa çalışıram. Onlar çığırırdılar: “Muratov, bu da bizim oğlanlardan sənin üçün…”

Qeyd edək ki, müxalifətçi nəşr kimi tanınan “Novaya Qazeta” Ukraynada müharibənin əleyhinə çıxış edirdi. Qəzet ötən həftə nəşrini dayandırdığını bəyan edib.  Əməkdaşlar Rusiyanı tərk ediblər.

Dmitri Muratov ötən il Nobel mükafatına layiq görülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.