Goranboyda “Kamaz” dəmirə çırpılıb, 10 nəfər xəsarət alıb

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı maşınının sürücüsü idarəetməni itirdiyindən maşın yol kənarında olan dəmirə çırpılıb. Hadisə nəticəsində 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.

İlkin xəbərə görə, qəzaya səbəb “KamAZ”-ın qarşısında digər avtomobilin qəflətən əyləci basaraq manevr etməsi olub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.