Jurnalist Zahir Əmənov azadlığa buraxılıb

Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa buraxılıb.

Azpost.info bildirir ki, bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Onun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

Qeyd edək ki, aprelin 13-də Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan 1500 manat pul alıb.

Zahir Əmənov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əvvəlki məqalə

Azərbaycanın multkultural inteqrasiya üçün çağırışları

Sonrakı məqalə

Prezident Birləşmiş Ərəb Əmirliklərinin nazirini qəbul edib