Mahir Emreli Xorvatiyada ikinci qolunu vurub

Futbol üzrə Xorvatiya çempionatında 31-ci turun oyunları keçirilib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb. Komanda doğma meydanda “İstra”nı qəbul edib. Futbolçumuzun komandası oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.

M.Emreli də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

“Dinamo”nun üçüncü qolunu da məhz M.Emreli vurub. O, 50-ci dəqiqədə rəqib qapısına yol tapmaqla matçda yekun nəticəni müəyyənləşdirib.

Bu, azərbaycanlı futbolçunun Xorvatiya klubunda ikinci qoludur.

Bu nəticədən sonra xalını 66-ya çatdıran “Dinamo” turnir cədvəlinin vahid liderdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.