Fransa rusiyalı oliqarxın villasına həbs qoydu –FOTO

Fransa hökuməti rusiyalı oliqarx, “Alfa Bank”ın təsisçisi Mixail Fridmanın ailəsinin ölkənin cənub-şərqində – Saint-Tropezdə yerləşən villasına həbs qoyub.

Azpost.info xəbər verir ki, bu barədə “The Insider” məlumat yayıb.

Milyarderin villanı icarəyə verdiyi və ayda 180-440 min avro qazandığı qeyd edilir. Qeyd edək ki, Mixail Fridman Avropa İttifaqı, ABŞ və Britaniyanın sanksiya siyahılarında yer alır.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.