Əfv Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verilib.

O bildirib ki, bu gün 100-dən artıq müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 300-ü ötüb. Komissiyanın növbəti iclası mayın 14-də keçiriləcək.

Komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.