Azərbaycan ən populyar ölkələr sırasındadır

Bakı
Bakı

Rusiyadan xaricə səyahət edənlərin builki yay mövsümündə hansı ölkələrə getmək istədikləri müəyyənləşib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə səyahət planlaşdırma xidməti “OneTwoTrip” məlumat yayıb.

Məlumata görə, yayda səyahət etmək istəyənlərin 40%-dən çoxu xaricə uçuşlarla maraqlanır. Ölkələr arasında 20,8 % axtarış payı ilə Türkiyə ən populyardır. Onu 9%-lə Ermənistan və 7,7%-lə Azərbaycan izləyib. Bundan başqa, ilk 10-luqda Özbəkistan (6,6%), Qırğızıstan (5,3%), Qazaxıstan (3,8%), Gürcüstan (3,6%), Tacikistan (3,5%), İtaliya (2,7%) və Tayland (2,6%) qərarlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.