“Diplomu olmayan din xadimləri əvəzlənəcək” –Dini Komitə

Dövlət Komitəsi diplomu olmayıb dini xidmət göstərən şəxslərlə bağlı qərarını açıqlayıb.

“Diplomu olmayıb dini xidmət göstərənləri dərhal vəzifədən göndərmək doğru deyil”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu şəxslər mərhələli şəkildə müsahibədən keçmiş diplomlu şəxslərlə əvəzlənəcək.

 

“Bir neçə ölkənin təcrübəsindən yararlanmışıq. Bu ölkələrin təcrübəsində din xadimlərinin təyinatı iki mərhələli olur: test və müsahibə. Amma biz testi məqsədəuyğun saymadıq, sadəcə müsahibə üsulunu saxladıq”-deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələcəkdə müsahibə ilə yanaşı bir neçə mərhələdən də istifadə oluna bilər:

“Vəzifədən vəzifəyə dəyişiklik olarsa, müsahibə vacibdir. Bir məsciddən başqa bir məscidə eyni vəzifə ilə keçmək üçün müsahibəyə ehtiyac olmadığı halda, vəzifə artımında müsahibə vacibdir”.

Gündüz İsmayılov deyib ki, dini təhsili olan və imam olmaq istəyən şəxs müsahibədən uğurla keçəcəyi təqdirdə öz razılığı ilə başqa bir əraziyə imam təyin edilə bilər. O qeyd edib ki, burada əsas önəmli şərt müsahibəni uğurla keçməkdir:

“DQİDK razılığı ilə və yaxud QMİ tərəfindən göndərilib xaricdə dini təhsil alan şəxslər də müsahibədə iştirak edə bilər”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.