Azərbaycandan Həccə ilk zəvvar qrupu yola düşüb –Ən gənc zəvvarın 21 yaşı var

Həcc ziyarəti
Həcc ziyarəti

Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə bu gün Bakı vaxtı ilə saat 12:30-da yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.

Şöbə müdiri deyib ki, ilk olaraq 180 zəvvar yola düşüb, onlar Ciddəyə çatdıqdan sonra avtobuslara minib ehram bağlanılan məscidə gedəcəklər. İyunun 30-u sübh saatlarında isə Həcc ziyarətinə başlayacaqlar.

Qeyd edək ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər. Vüsal Cahangiri qeyd edib ki, zəvvarların geri dönüşü hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq:

“Ümumilikdə, Azərbaycandan 680 zəvvar ziyarətə gedəcək. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.